Avropa Məhkəməsinə 1000-dən çox şikayət göndərilib

Səs: Real audio
«Xaricdən mənəvi və maddi dəstək olmasa, Azərbaycanda yerli müxalifətin hökumətə qarşı durmaq imkanları məhduddur» İnsan Haqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan 1000-dən çox şikayət daxil olub.



Avropa Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev deyir ki, hələlik yalnız qəbul olunmayan - yəni Avropa Konvensiyasının tələblərinə uyğun tərtib olunmamış şikayətlər barədə qərar çıxarılıb.



Cənab Hacıyev məhkəmədə baxılacaq ilk işin adını çəkmədi.