Gənclər üçün İnternet forum

Səs: Real audio
Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankıyla birlikdə apardığı araşdırmada belə deyilir Gənclər onları maraqlandıran suallara İnternet forumda cavab tapa bilərlər. IREX təşkilatı gəncləri maraqlandıran mövzular ətrafında İnternetdə müzakirlər təşkil edir. Müzakirə zamanı iştirakçılar arasında yaranan suallara ekspertlər cavab verir.



Təşkilatın proqram koordinatoru Tamerlan Bədəlov deyir ki, foruma qatılmaq üçün İnternetə girmək imkanı olmayan gənclərə də əl uzadırlar:



"Gənclərin evdən, işdən və ya İnternet klubdan çata qoşulmaq imkanı yoxdursa, onda həmin gün bizim mərkəzə gələ bilər. Burada 11 nəfərlik İnternet mərkəzimiz var. Kompüterlər pulsuz olaraq gənclərə verilir ki, onlar da forumda iştirak etsinlər".



İnternetdə müzakirələr 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təşkil edilir. Hər bir gəncin mövzu təklif etmək imkanı da var. Bunun üçün təşkilata müraciət etmək lazımdır. Tamerlan Bədəlov növbəti forumların noyabrın 16-da və 17-də keçiriləcəyini deyir:



"Noyabrın 16-da rus dili ilə bağlı mövzudur, 17-də isə ali təhsildə Boloniya prosesi müzakirə olunacaq".