Səs: Real audio
Seçki bloklarının qalib gəlmiş nümayəndələri saxtakarlıq tam aradan qaldırılmayınca parlamentdə iştirak etməyəcəklərini bildirirlər Noyabrın 16-da 500-dək deputatlığa namizəd keçirdikləri ümumrespublika forumunda 6 noyabr parlament seçkisinin nəticələrini tanımadıqlarını və yeni seçki keçirilməsini tələb etdilər. Onlar bildirdilər ki, seçki azad, ədalətli və şəffaf keçirilməyib. Bu barədə bəyanatı müstəqil və «Azadlıq», Milli Birlik, «Yeni Siyasət» seçki bloklarının namizədləri adından «Azadlıq» blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn elan etdi.
Seçki bloklarının qalib gəlmiş nümayəndələri saxtakarlıq tam aradan qaldırılmayınca parlamentdə iştirak etməyəcəklərini də bildirdilər. Onların arasında Əli Kərimli, Lalə-Şövkət Hacıyeva, İkram İsrafilov, Pənah Hüseyn, Arzu Səmədbəyli və başqa bir sıra şəxslərin adları var.
Azərbaycan Hüquqşünaslar Birliyinin rəhbəri, seçkidə müstəqil namizəd kimi iştirak edən İntiqam Əliyev isə baş vermiş pozuntulara məhkəmələrdə baxılmasına nail olmağı vacib saydı: «Bu seçkilər Azərbaycanda bir nağılın, illüziyanın sonu oldu. Baş vermiş saxtakarlıqların məhkəmələrdə araşdırılmasına çalışmalıyıq. Kütləvi məhkəmələr keçirilməlidir».
«Seçki Monitorinq Mərkəzi»nin direktoru Anar Məmmədli isə bildirir ki, doğrudan da saxtakarlıqların baş verildiyi sübut olunsa, yeni seçkinin keçirilməsi zərurəti yaranar.
Deputatlığa namizədlərin toplantısı Bakı Şəhər İcra Hakimiyyətinin icazəsiylə keçirilsə də, forumun baş tutduğu Aşıq Ələsgər adına Mədəniyyət Evinin qarşısında 50-dək polis vardı. Onlar binanı mühafizə etdiklərini deyirdilər.
Noyabrın 15-də isə bir qrup müstəqil namizəd seçki saxtakarlıqlarına etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında piket keçirmişdilər.