Səs: Real audio
400-dən artıq sərnişin isə hələ də aeroportda gecələyir Onların seçki saxtakarlığında iştirakı nə dərəcədə realdır?
Seçkilərin taleyi əvvəllər ya yeşiyə topa-topa əlavə bülleten atmaqla, ya da yeni protokollar yazmaqla həll olunurdu. İndi isə seçkidən şikayətlərdə ən müxtəlif üsulların adı çəkilir. Bunlardan biri hərbi hissələr, daha doğrusu, əsgər və zabitlərin yekdil səsi hesabına seçkinin nəticələrinə təsirdir.
Mərkəzi Seçki Komissiyasının [MSK] katibi Vidadi Mahmudlu deyir ki, hərbi hissələrin və cəzaçəkmə müəssisələrinin seçki prosesində noyabrın 6-dakı şəkildə iştirakı ehtiyat variantıdır. Bu üsulun mahiyyətində nəticələrə təsir göstərmək niyyəti dayanır. Onun sözlərinə görə, bu üsul bütün seçkilərdə işə salınan və səsləri hakimiyyətin marağında olan istiqamətə yönəldən bir vasitədir.
MSK katibi əlavə edir ki, cəzaçəkmə müəssisələri ilə müqayisədə hərbi hissələr bu işdə daha sərbəst istifadə olunur. Elə buna görə də əsgərlər hakimiyyətin istədiyi şəxsə səs verib.
Xətai dördüncü seçki dairəsindən deputatlığa keçmiş namizəd, hüquqşünas Adil İsmayılov isə deyir ki, konstitusiya ilə hər bir vətəndaşın səsvermə hüququ var. Bu mənada hərbçilər və məhbusların seçkidə iştirakına qanuni don geyindirmək mümkündür. Ancaq faktiki olaraq hazırda Azərbaycanın qapalı müəssisələrində seçicilərin öz iradəsini ifadə etməsi ehtimalı çox azdır.
Adil İsmayılovun sözlərinə görə, onun dairəsində yerləşən hərbi hissə və bir qadın islah-əmək müəssisəsində olan 1700 səsin 1600 qədərini hakim YAP-ın namizədi qazanıb. Cənab İsmayılov deyir ki, seçkidən əvvəl artıq həmin müəssisələrdəki seçicilər kimə səs verəcəkləri barədə göstəriş almışdılar.
Adil İsmayılovun seçkilərdə rəqibi, YAP namizədi Səməd Seyidovun məsələyə münasibətini öyrənmək istəsək də, onunla telefon əlaqəsi yarada bilmədik.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov isə bu deyilənlərin həqiqətə uyğun olmadığını bildirir. Onun sözlərinə görə, bəzi siyasi dairələr orduya qarayaxmaq məqsədi güdürlər.
Amma Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının ilkin hesabatında problemlər sırasında hərbçilərin səsverməsinin təşkili də qeyd olunub. Bəyanatda deyilir ki, Seçki Məcəlləsinə əsasən, hərbçilərin səsverməsi adi seçki məntəqələrində təşkil edilməli və müstəsna hallarda xüsusi hərbi məntəqələrdə keçirilməli idi. Lakin MSK səsvermənin təşkili və aparılması ilə bağlı məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə qoyur ki, bu da prosesin qeyri-şəffaf olmasına gətirib çıxarır.
Azərbaycan ordusunun siyasətə qatılması və ya cəlb edilməsi barədə deyilənləri əlbəttə ki, subyektiv fikir adlandırmaq olar. Anrcaq bir məsələ öz faktlığında qalır ki, 6 noyabr seçkilərindən sonra Azərbaycan əsgəri də siyasi müzakirə və mübahisələrin predmetinə çevrilib.