Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur

Səs: Real audio
Təşkilat din azadlığının ən çox pozulduğu region kimi Naxçıvanın adını çəkir Noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş günüdür.1988-ci il noyabrın 17-də Bakının indiki «Azadlıq» (keçmiş «Lenin») meydanında Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair siyasətinə etiraz olaraq fasiləsiz mitinq başlayıb. Sonrakı günlər tədbir güclü siyasi aksiyaya çevrilib. Həmin günlər ilk dəfə olaraq meydanda Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı qaldırılıb, Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasının zəruriliyi barədə şüarlar səsləndirilib. Meydan nümayişçilərdən yalnız 18 gün sonra - dekabrın 5-nə keçən gecə ordu birləşmələrinin və zirehli texnikanın gücü ilə təmizlənib. Aksiya iştirakçılarının çoxu tutulub, milli-azadlıq hərəkatı liderlərinə qarşı repressiyalar başlayıb.



1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra noyabrın 17-i Milli Dirçəliş günü elan edilib



Bu gün Bakıda geniş bayram tədbiləri keçirilməyib, yalnız bir neçə salonda 17 noyabra aid sərgilər təşkil olunub. Dünən isə universitetlərdə bu günlə bağlı toplantılar keçirilib.