15 dairədə bir neçə məntəqənin nəticəsi ləğv edildi

Səs: Real audio
Amma bu, ilkin nəticələrdə hər hansı dəyişikliyə səbəb olmadı Noyabrın 21-də Mərkəzi Seçki Komissiyası (MSK) 15 dairədə bir neçə məntəqənin nəticəsini ləğv etdi. Amma bu, qurumun elan etdiyi ilkin nəticələrdə hər hansı dəyişikliyə səbəb olmadı. MSK-nın iclasında 29 saylı Səbayel və 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə nəticələrin ləğv olunması təklif edilsə də, bu dəstəklənmədi.



MSK sədri Məzahir Pənahov deyir ki, noyabrın 26-dək qurum dairələr üzrə araşdırmaları davam etdirəcək.