Fermerlərə güzəştli kreditlər verilir

Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" - Azərbaycanın Qərb bölgəsinin 300-dən çox fermerinə 120 min dollar həcmində güzəştli kredit verilib.



Müxbirimiz Səadət Akifqızının Gəncədən verdiyi məlumata görə, ayrılan kreditlər aqrar sahənin inkişafına sərf olunacaq.



Gəncə Biznes Qrupunun direktoru Arif Cahangirovun bildirdiyinə görə, fermerlərə hər il 1 milyon dollar kredit ayrılır.



- «Dövlət vəsaitlərinin istifadəsinə nəzarət edən orqanların səlahiyyətləri dəqiqləşdirilir. İndiki halda səlahiyyətlərin düzgün müəyyənləşdirilməməsi bu sahədə qarışıqlıq yaradıb».



Bu haqda məlumat verən maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, gələn ilin ilk rübündə «Dövlət maliyyə nəzarəti haqqında» qanun layihəsi hökumətə təqdim olunacaq. Sənədlər Nazirlər Kabinetinə göndərilməzdən əvvəl Vergilər və İqtisadi İnkişaf nazirlikləri, eləcə də Hesablama Palatası ilə razılaşdırılacaqdır.



- Milli Bankın məlumatına görə, noyabrın 22-də 1 dolları 4593, 1 avro 5386, 1 rus rublu isə 160 manat olub.