MSK seçkinin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi<p align=`left`><br><br>

Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisinin nəticələrinə dair yekun protokol tərtib edərək, bütün seçki sənədlərini yoxlanılmaq və təsdiq edilmək üçün Konstitusiya Məhkəməsinə göndərdi. MSK-nın noyabrın 23-də keçirilən toplantısında qəbul edilən bu qərara qurumun müxalifətdən olan dörd üzvü imza atmadı.



Yekun qərara görə, 121 nəfər deputat seçilib. Yəni 125 seçki dairəsindən 121-də səsvermə baş tutub. 4 dairədə isə səsvermənin nəticələri ləğv edilib. Bunlar 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala, 9 saylı Binəqədi ikinci və 38 saylı Nizami [Gəncə] ikinci dairələrdir.



Ümumilikdə MSK-ya 500-dən çox müraciət və şikayət daxil olub.



Son nəticələrə görə, müxalifətə parlamentdə 11 yer çatıb. Bunların 7-si "Azadlıq" bloku, 2-si «YeS» bloku, 1-i isə Liberal partiyasına məxsusdur. Bir nəfər müsavatçı isə fərdi qaydada seçilib.