«AzAL» MKİ təyyarələrinin Bakıya enməsindən məlumatsızdır<p align=`left`><br><br>

Səs: Real audio
Avstriya Hava Yollarının rəhbəri Erix Vulf 2003-cü il yanvarın 21-də Mərkəzi Kəşfiyyat İdarəsinin [MKİ] bir təyyarəsinin Frankfurtdan Azərbaycana uçarkən Avstriyanın hava məkanından keçdiyini deyib. O, əlavə edib ki, Avstriya həmin təyyarədə şübhəli yaraqlıların olması qənaətinə gəlib Azərbaycan Dövlət Hava Yolları Konserni – «AzAL» Heydər Əliyev adına Bakı Hava Limanına yanacaq doldurmaq məqsədilə enən təyyarələrdəki sərnişinlər və yük barədə məlumat almadığını deyir. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin [MKİ] hər hansı təyyarəsinin aeroporta enməsi barədə isə «AzAL»da ümumiyyətlə məlumat yoxdur. Bunu konsernin direktor müavininin köməkçisi Rasim Cavadov «Azadlıq» radiosuna dedi.



Son günlər yayılmış məlumatlara görə, MKİ «Əl-Qaida»nın şübhəli yaraqlılarını keçmiş sovet ölkələri ərazisində gizlədib, sorğu-sual edir. Həmin yaraqlıları daşıyan təyyarələr isə bəzi Avropa ölkələrinin hava məkanından istifadə edib. Azərbaycanın bu məsələyə bağlılığına gəlincə, Avstriya Hava Yollarının rəhbəri Erix Vulf 2003-cü il yanvarın 21-də MKİ-nin bir təyyarəsinin Frankfurtdan Azərbaycana uçarkən Avstriyanın hava məkanından keçdiyini deyib. O, həmin təyyarənin «C-130 Hercules» olduğunu da bildirib. Cənab Vulf əlavə edib ki, Avstriya həmin təyyarədə şübhəli yaraqlıların olması qənaətinə gəlib.



Rasim Cavadov: «Dünyanın heç bir yerində belə məlumat verilmir. Bizim həmin təyyarələrin yükü və sərnişinləri barədə məlumat istəməyə ixtiyarımız yoxdur».



Cənab Cavadov deyir ki, MKİ-nin təyyarəsinin nə vaxtsa Azərbaycanın hava məkanından istifadə etməsi barədə onda məlumat yoxdur. Milli Təhlükəsizlik Nazirliyi də məsələylə bağlı hər hansı şərh vermir.



Avropa Parlamentinin üzvü Martin Rur deyib ki, Avropada «Quantanamo»ya oxşar həbsxanaların olmasına yol verilə bilməz. Avropa Şurasının baş katibi Terri Devis isə Avropa ölkələrini məsələylə bağlı hərtərəfli məlumat verməyə çağırıb.



İlk dəfə olaraq «Vaşinqton Post» qəzeti noyabrın 2-də yazıb ki, MKİ «Əl-Qaida»nın şübhəli yaraqlılarını Şərqi Avropada sovet dövrü həbsxanalarında saxlayır və sorğu-suala çəkir. Ondan sonra «Human Rights Watch» Beynəlxalq İnsan Haqları Təşkilatı həmin ölkələrin Polşa və Rumıniya olduğunu deyib.



Qalmaqal böyüdükcə, İsveç, Danimarka və Norveç MKİ təyyarələrinin 2001-ci ildən bəri həmin ölkələrə etdiyi uçuşlar barədə məlumatlar verib.