Səs: Real audio
Avropa Şurası Parlament Assambleyasının [AŞPA] Daimi Komitəsi Azərbaycanla əməkdaşlığı davam etdirməyin tərəfdarı olduğunu bildirib Komitənin noyabrın 25-də Buxarestdə keçən iclasında parlament seçkilərindəki pozuntuları araşdırmaq üçün dekabrın əvvəlində üç nəfərdən ibarət missiyanın Azərbaycana səfər edəcəyi bildirilib.
Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov "Azadlıq" radiosuna müsahibəsində müzakirələrin əsas nəticəsini belə dəyərləndirib:
"Müzakirələrin əsas nəticəsi bu oldu ki, Avropa Şurası Azərbaycanla öz konstruktiv əməkdaşlığını davam etdirsin və Azərbaycanda islahatların həyata keçirilməsi, demokratik standartların daha da yüksək səviyyədə bərqərarına yardımçı olsun".
Seçkidən qabaq AŞPA bildirirdi ki, əgər səsvermə demokratik keçməsə, Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyə də bilər.
Səməd Seyidov müzakirələrin artıq bu yöndə getmədiyini deyir. Onun sözlərinə görə, seçkinin çatışmayan cəhətləri ilə bağlı Azərbaycana bunlar tövsiyə olunur:
"Qeyri-qanuni, yaxud da seçkilər zamanı olmuş problemlər araşdırılsın; nəticələri ləğv olunan dörd dairədə yeni seçkilər xüsusi nəzarət altında keçirilsin və buna xüsusi diqqət ayrılsın; seçkilərlə bağlı yığıncaqların azad və sərbəst keçirilməsi təmin olunsun; polis müdaxilələrinin qarşısı alınsın; və nəhayət, siyasi partiyalar arasında dialoq davam etdirilsin". Cənab Seyidov seçki komissiyaları haqda da müzakirələr aparıldığını deyir.
Noyabrın əvvəlində beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının da təmsil olunduğu Beynəlxalq Müşahidə Missiyası Azərbaycandakı seçkilərin bir sıra beynəlxalq standartlara cavab vermədiyini bəyan etmişdi.