Səs: Real audio
Prezident Aparatının şöbə müdiri «insanları və polisi qarşıdurmaya sövq edən siyasətçilərin keçirmək istədikləri aksiyalara məhdudiyyət qoyula bilər» - deyir «Təəssüf edirik ki, «Azadlıq» bloku və Milli Birlik Hərəkatının təşkil etdiyi 26 noyabr mitinqində polis qaşıdurmaya getməyə məcbur oldu». Bunu Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov «Azadlıq» radiosuna müsahibəsində bildirdi. Onun sözlərinə görə, aksiyanın təşkilatçıları keçmiş «Qələbə» kinoteatrının qarşısına qarşıdurma yaratmaq məqsədi ilə gəlmişdilər və rəsmi dairələrdə bu haqda əvvəlcədən məlumat var idi.
Cənab Həsənov deyir ki, mitinqə ayrılan vaxt başa çatmamış polisin aksiyanı dağıtması barədə məlumatlar həqiqəti əks etdirmir. O, bildirir ki, mitinq üçün ayrılan vaxt bitəndən sonra aksiyaçılara edilən xəbərdarlığa əhəmiyyət verilməyəndə polis mitinqi dağıtmağa başlayıb.
Prezident Aparatının şöbə müdiri onu da bildirir ki, hökumət siyasi partiya və ictimai təşkilatlara sərbəst toplaşmaq hüququnu reallaşdırmaq üçün bütün imkanları yaradıb: «Amma qarşı tərəf - siyasi müxalifət də normal aksiya keçirmək məsuliyyətini ortaya qoymalıdır».
Əli Həsənov bildirir ki, əks təqdirdə, insanları və polisi qarşıdurmaya sövq edən siyasətçilərin keçirmək istədikləri aksiyalara məhdudiyyət qoyula bilər.