<i>«Ayna»</i>: «Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilmə tarixi uzadılıb»

Səs: Real audio
Prezident Aparatının şöbə müdiri «insanları və polisi qarşıdurmaya sövq edən siyasətçilərin keçirmək istədikləri aksiyalara məhdudiyyət qoyula bilər» - deyir «525-ci qəzet»dəki «Şahin Diniyev Azərbaycan yığmasının baş məşqçisi təyin olundu» başlıqlı məqalədə İbrahim yazır ki, komandanın heyətində də ciddi dəyişikliklər olacağı gözlənilir. Məqalədə bildirilir ki, yeni baş məşqçi tutduğu postdan istifadə edib, komandanın uğurlar qazanması üçün ciddi çalışacağını vəd edir. Qəzetə açıqlamasında Şahin Diniyev bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi olmaq çoxları kimi onun da arzusu olub və bu arzunu real edən şəxslərlə birgə o, futbolsevərlərin ümidlərini doğrultmaq üçün əlindən gələni edəcək.



«Yeni Azərbaycan» qəzetindəki «Küçədən hakimiyyətə gəlməyin limiti tükənib» başlıqlı məqalədə Aqşin yazır ki, Azərbaycan hakimiyyəti 6 noyabr parlament seçkisindən üzüağ çıxdı. Seçkisonrası vəziyyət təsdiqlədi ki, dövlət və xalqla zarafat etmək olmaz. Məqalədə bildirilir ki, radikal müxalifət siyasi funksiyasının dağıdıcılıq amilini bir kənara qoyub, konstruktiv danışıqları davam etdirməlidir. Müəllif yazır ki, aksiya keçirmək üçün dəfərəlrə müsbət cavab almasına baxmayaraq müxalifətin sonuncu mitinq zamanı nümayiş etdirdiyi lazımsız və heç bir effekti olmayan hərəkətlər sonda qanunazidd hərəkətlərin qarşısının alınması ilə sonuclandı ki, bu dəfə də əziyyət çəkən ətraflarına topladıqları adamlar oldu. Müxalifət hələ də anlamır ki, hakimiyyətə küçədən gəlmək olmaz. Onu da anlamır ki, Azərbaycan siyasətində hakimiyyətə küçədən gəlməyin limiti çoxdan tükənib və bu ideya bütün hallarda müxalifəti zərərlə işləməyə sövq edir.



«Ayna» qəzetindəki «Bakı-Tbilisi-Ceyhan ləngiyir» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, Azərbaycanın bölgədə həyata keçirdiyi ən iri layihə olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istismara verilmə tarixi uzadılıb. Məqalədə bildirilir ki, kəmərin istismara verilməsi ilə əlaqədar təntənəli mərasim ən yaxşı halda 2006-cı ilin yazında keçiriləcək. Müəllif yazır ki, halbuki hələ bir müddət əvvəl konsorsium bəyan etmişdi ki, neftlə doldurulmuş ilk tanker bu ilin oktyabrında Ceyhan terminalından yola salınacaq. Hazırda noyabrın sonudur, lakin neftin Ceyhana nə zaman çatacağı məlum deyil.