Mingəçevirdə gənclər mərkəzi

Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib Mingəçevirdə yaşayan gənclərin heç bir pul ödəmədən kompüter, xarici dil və peşə kurslarına getmək imkanı var.



Gənclər üçün Təhsil Mərkəzinin "Mingəçevirdə bələdiyyə və gənclərin əməkdaşlığının qurulması" layihəsi çərçivəsində açdığı Bələdiyyə Gənclər Mərkəzi yerlərdə yoxsulluq problemini həll etmək məqsədi daşıyır. Mərkəzin direktoru Vüsal Quliyev belə deyir:



- Mərkəz açmışıq və onu müxtəlif texniki avadanlıqlarla təchiz etmişik. Bu imkan yaradır ki, gənclər öz sosial problemlərini həll etsinlər, kompüter, xüsusi dil kursları, peşə kursları keçsinlər. Mərkəzin göstərdiyi bütün xidmətlər pulsuzdur".



Vüsal Quliyevin sözlərinə görə, mərkəz gənclər üçün hər ay ən azı 2 dəfə müxtəlif treninqlər də təşkil edir:



- Bizdə hər ay ictimai maraqların müdafiəsi, könüllülük və sosial inkişaf, bələdiyyələrin cəmiyyətdə rolu, gənclər və bələdiyyələrin əməkdaşlığı, qərarların qəbulunda qadınların rolu mövzularında bir neçə, ən azı iki treninq olur".



Mərkəzin xidmətlərindən istifadə etmək istəyən gənclər xüsusi ərizə formasını doldurmaqla mərkəzə üzv yazılmalıdırlar.