Baş prokuror Azərbaycanda bioterror təhlükəsinin olmadığını deyir<p align=`left`><br><br>

Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib Baş prokuror Zakir Qaralov bəyan edib ki, mətbuatın yazdığı kimi, Azərbaycanda bioterror təhlükəsi yoxdur. O, dekabrın 3-də hüquq-mühafizə orqanlarının Bakı şəhəri Xətai rayonunda yerləşən su hövzəsi ətrafında xarici şirkətlərdən birində çalışan iki Böyük Britaniya vətəndaşının saxlandığını təsdiqləyib. Amma bildirib ki, onlardan izahat aldıqdan sonra sərbəst buraxılıblar. Hazırda faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi araşdırma aparır.



Xətai Rayon Polis İdarəsindən verilən məlumatda isə deyilir ki, Böyük Britaniya vətəndaşları Pol Vilyamson və Dannan Cekson həmin gün qaçışla məşğul olurmuşlar. Təbaşir olmadığından qaçdıqları məsafəni unla işarələmək istəyiblər və bu da su hövzəsi mühafizəçilərinin diqqətini cəlb etdiyindən hüquq-mühafizə orqanlarına məlumat verilib.



Yerli mətbuat vasitələri hüquq-mühafizə orqanlarına istinadən Xətai rayonunda bioterrorda təqsirləndirilən Böyük Britaniya vətəndaşlarının saxlandığını yazmışdı.