«Qanun lal polisdir, polis gəzən qanun»

Səs: Real audio
Dimitri Rupel deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir 20 ildən artıq sükan arxasında olan Çingiz Cəfərov deyir ki, iki ay əvvəl "Azneft" meydanından Filarmoniyaya tərəf qalxanda polis onu saxlayaraq yol hərəkəti qaydalarını pozduğunu bildirib. Deyir ki, xeyli çalışsa da, qırmızı işıqda keçmədiyini sübuta yetirə bilməyib. Protokol tərtib edilib və bildirilib ki, 150 min manat cərimə ödəməlidir.



Çingiz Cəfərov deyir ki, o pulu aparıb ödəsə də, pulun ödənilməsi barədə heç bir sənəd verilməyib. Bu hadisə Yol Polisi əməkdaşlarının maaşları artırılmazdan əvvəl olub:



"Maaş qalxmamışdan, təzə maşınlar gəlməmişdən əvvəl 10-20 min manatla yola çıxmaq olurdu. İndi isə 50 min manatdır. Bilirəm ki, həmin an verməsəm, sonra daha çox pul xərcləyəcəm".



Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidovsa deyir ki, Yol Polisi qanun çərçivəsində hərəkət edib. Cəriməni ödəyən şəxsə qəbz verilib-verilməməsi isə həmin şəxsin özündən asılıdır. O qəbzi götürə də bilər, götürməyə də.



Cənab Məcidova görə, əgər sürücü narazıdırsa, onda məhkəməyə müraciət etsin.



Nəqliyyatçıların Müstəqil Həmkarlar İttifaqının sədri Siyavuş İsmayılovsa hesab edir ki, burada qanun pozuntusuna yol verilib:



"Sürücü deyir ki, mən qırmızı işıqda keçməmişəm. İndiki halda bunu isbat etmək çətindir. Çünki Avropadan fərqli olaraq Azərbaycanda sferoforun qeydiyyat aparmaq imkanı yoxdur. Yəni Avropada maşın qırmızı işıqda keçəndə sfetofor avtomatik olaraq onu qeydə alır. Azəbaycanda isə bunu "gəzən" polislər həyata keçirirlər. Pyotrun təbirincə desək, "qanun lal polisdir, polis gəzən qanun"dur... Qırmızı işıqda keçmə İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsində nəzərdə tutulur. Orda inzibati cərimənin məbləği 27 500 manatdan 75 min manata qədərdir. Təbii ki, 75 min manatdan artıq alınan hissə rüşvət formasında alınır".



Daha ətraflı Audio hissədə