AŞPA-da Azərbaycandakı qaçqınların vəziyyəti müzakirə olunacaq

Səs: Real audio
Məzahir Pənahovu komissiya üzvlərindən birinin əvəz edəcəyi gözlənilir Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov «AzərTAc»a deyib ki, dekabrın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan, Gürcüstan və digər ölkələrdəki qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məsələ müzakirə olunacaq. Tədbirdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək və müzakirə olunan məsələlərə münasibətini bildirəcək.



Hazırda AŞPA-nın deputatı Tileviç Azərbaycandakı qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məruzə hazırlayır. Məruzəçi Azərbaycana səfər edib və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olub. Sənəd tam hazır olduqdan sonra komitənin iclaslarından birində geniş müzakirə ediləcək.