Dağıstandakı partlayış Bakıya gələn qatarlara təsir etməyib<p align=`left`><br><br>

Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Dağıstan dəmiryolunda törədilən terror aktı Azərbaycana gələn qatarların hərəkətinə təsir etməyib. Partlayışdan 4-5 saat sonra terrorun nəticələri aradan qaldırılıb. Məlumatı «Azadlıq» radiosuna Dağıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Şamil Kərimov verdi.



Dekabrın 8-də saat 7:00 radələrində Dağıstan dəmiryolunun Xasavyurd-Qızılyurd keçidində partlayış baş verib. Nəticədə ərazidən keçən yük qatarının bir vaqonu relsdən çıxıb, dəmiryolunun iki metrlik hissəsi tamamilə yararsız hala düşüb. İnsan tələfatı olmasa da, yük qatarına ciddi ziyan dəyib. Hazırda hadisə yerində Dağıstan fövqəladə Nazirliyi və Nəqliyyat Polisinin əməkdaşları araşdırma aparırlar. Faktla bağlı cinayət işi açılıb.