Anti-Amerikanizm güclənir?!

Səs: Real audio
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir "Amerikadan inciklik "uman yerdən küsərlər" incikliyidir"



Dekabrın 7-də "Azadlıq" blokunun nümayəndələri ABŞ-ın Bakıdakı səfiri ilə görüşdən sonra səfirin izahlarının onları qane eləmədiyini bildirmişdi. Müxalifətçilər Birləşmiş Ştatların seçkinin yekun nəticələrinə münasibətindən narazıdırlar.



Day.az saytı Azərbaycan Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğludan belə bir sitat gətirir: "Biz səfirə bəyan etdik ki, 2000-ci il parlament seçkilərində, 2003-cü il prezident seçkilərində və indiki parlament seçkilərində rəsmi Vaşinqtonun mövqeyi ölkəmizdə demokratiyanın ölümünə gətirib"



Birləşmiş Ştatlara qarşı tənqidlər yeni olmasa da, tənqidlərin kimlərdən eşidilmsində yenilik var.



Cəmi bir neçə ay bundan qabaq Yeni Azərbaycan partiyasının fəalları mediaya müsahibələrində müxalifətçilərin və QHT fəallarının tez-tez xarici səfirliklərdə, xüsusən ABŞ səfirliyində görüş keçirmələrini tənqid edirdilər.



İndi sanki hər şey əksinədir. YAP-çılar susurlar, amma müxalifət və QHT fəalları Birləşmiş Ştatlara qarşı tənqidlərin önündə gedirlər.



Dekabrın 8-də bir qrup fəal dəyirmi masa keçirərək Amerikanın Azərbaycandakı siyasətini tənqid edib və bu siyasətin araşdırılmasının vacibliyini qeyd edib.



Həmin tədbirin təşkilatçıları Vətəndaş Təşəbbüsləri Mərkəzinin rəhbəri Mais Güləliyev və Elmlər Akademiyası Fəlsəfə İnstitutunun bir neçə əməkdaşı idi. Onların heç biri 6 noyabr seçkilərində namizəd kimi iştirak etməyib. Düzdür, tədbirdə çıxış edənlər arasında Xalq Cəbhəsi partiyası "klassiklər" qanadının rəhbəri Mirmahmud Fəttayev və Ədalət partiyası Ali Şurasının üzvü Oqtay Hümbətli də vardır. Onlarsa seçkilərdə iştirak ediblər, amma rəsmi nəticələrə görə, məğlub olublar.



Mirmahmud Fəttayev öz çıxışında qeyd etdi ki, Amerikanın mövqeyindəki dəyişklik ötən seçkilərdə də olub:



"Hər seçkidən sonra belə açıqlamaları olur... Azərbaycana ancaq və ancaq şirkətlərin yerləşdiyi ərazi, zavod və fabrik kimi baxılır. İqtidar da belə baxır, Amerika da. Baxışlar üst-üstə düşdüyünə görə Azərbaycanın vəziyyəti belədir".



Ədalət partiyasının fəalı Oqtay Hümbətli də çıxışında daha çox Amerikanın seçkidən sonra tutduğu mövqeyini tənqid etdi. Onun sözlərinə görə, ATƏT-in mövqeyilə razılaşan Amerikanın sonradan Konstitusiya Məhkəməsinin qərarını salamlaması onlar üçün gözlənilməz olub.



"İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazı isə hesab edir ki, bu inciklik "uman yerdən küsərlər" incikliyidir:



"ABŞ ınsan haqları, vətəndaş cəmiyyəti quruculuğu, demokratiyanı özünün ali pirnsipi elan etməsəydi, təbii ki, ondan belə bir umacaqlar da olmayacaqdı. Nəticədə belə bir anti-Amerika əhval-ruhiyyəsi də formalaşmazdı".



"Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirova görə, belə hallar birinci dəfə olmadığından, bu, Azərbaycanda getdikcə anti-Amerika əhval-ruhiyyəsi yarada bilər.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişsə deyir ki, Azərbaycanda demokratiyanın inkişafında Amerika ardıcıl siyasətini davam etdirir. Cənab Harniş bu yolda həm "Azadlıq" bloku, həm də YAP tərəfindən tənqidlərə təbii baxır. Səfir AŞPA nümayəndələrinin Amerikanı demokratiya məsələsində ikili standartlarda günahlandırmasını da qəbul etmir.



Seçkidən qabaq bir çox təhlilçilər deyirdilər ki, müxalifət zəifləyərsə və ya sıradan çıxarsa, həmin boşluğu dinçi qüvvələr tuta bilər. Düzdür, həmin qüvvələr çox zəif sayılır və onların siyasətə təsiri görsənmir. Amma fəallar arasında və ya elə kiçik