Səs: Real audio
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir Son bir həftədə Azərbaycanda İnternet istifadəçiləri qəribə problemlərlə üzləşirlər
Sürət aşağı düşüb, "Mediaforum" saytının arxiv materialları itib. Və onun veb-dizaynerlərin, yoxsa provayderlərin səhvindən baş verməsi hələ aydınlaşmayıb. O biri tərəfdən artıq 10 günə yaxındır ki, 14 İnternet provayderi ucuz xidmət təklif edən "Azeronline"a giriş-çıxış kanallarını bağlayaraq boykot aksiyası keçirir.
"Azeronline"ı artıq ikinci dəfədir boykot edirlər. İlk belə aksiya oktyabrın sonlarında keçirilib. Amma seçkilərə görə proses dayandırılıb. Noyabrın sonlarında isə boykot bərpa edilib.
"Azeronline" öz xidmətlərini təbliğ etmək üçün kampaniya aparır. Onun İnternet kartını alan müştəri ya əlavə vaxt bonusu, ya da "sim-sim" kart əldə edir. Digər provayderlərsə bununla "Azeronline"nın haqsız rəqabət apardığını iddia edirlər.
İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, sadəcə, bir qrup provayder qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün bu fikirdə olanları cəzalandırmaq istəyir.
Boykotun təşəbbüskarı olan "Azerin" İnternet provayderinin rəhbəri Qalib Qurbanovsa deyir ki, davanın qiymətə görə olmadığını sübüt etmək üçün blokadanı dayandırmağa hazırdırlar. Bir şərtlə ki, "Azeronline" "sim-sim" kartlarıyla olan kampaniyasından imtina etsin.
Azərbaycanda İnterten qiymətlərinin hətta Avropa və Amerikadan da yüksək olduğunu müstəqil ekspertlər və qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalar da göstərir. Dövlət bunda provayderləri, provayderlərsə lazımi texniki imkanları hələlik təmin edə bilməyən dövləti günhalandırır.