Elçin Behbudov: «Quba və Göyçayda təcridxanalar zindanı xatırladır»<p align=`left`><br><br>

Səs: Real audio
Dekabrın 12-dən seçkidə iştirak etmək istəyənlər namizədliklərini irəli sürə bilərlər «Quba və Göyçayda Polis idarələrinin müvəqqəti saxlanma yerləri feodal dövrünün zindanlarını xatırladır». İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov belə deyir. Cənab Behbudovun fikrincə, monitorinqini apardığı Gəncə, Xanlar və Samuxun müvəqqəti təcridxanalarının vəziyyəti onu qane etsə də, Quba və Göyçaydakı vəziyyət narahatçılıq yaradıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov isə bildirir ki, həmin rayonlardakı müvəqqəti saxlanma yerləri də təmir ediləcək.



İşgəncələr Əleyhinə Komitənin rəhbəri Gəncə və Xanların müvəqqəti saxlanma yerlərinin və 2 saylı istintaq təcridxanasının Avropa standartlarına uyğun olduğunu söylədi. O, monitorinqin nəticələrinin komitənin illik hesabatında əks olunacağını və bir sıra beynəlxalq təşkilatlara göndəriləcəyini də sözlərinə əlavə etdi.