Əli Kərimli yenidən Bakı Şəhər Prokurorluğuna çağırıldı

Səs: Real audio
AXCP sədri Bakı Şəhər Baş Polis İdarəsinin yüksək rütbəli zabiti ilə üzləşdirilib «Azadlıq» blokunun həmsədri, AXCP sədri Əli Kərimli dekabrın 10-da noyabrın 26-sı mitinqində baş vermiş hadisələrlə bağlı şahid qismində ikinci dəfə Bakı Şəhər Prokurorluğuna çağırılıb. Dörd saat ifadə verdiyini bildirən cənab Kərimli deyir ki, o, bu dəfə Bakı Şəhər Baş Polis İdarəsinin yüksək rütbəli zabiti ilə üzləşdirilib. AXCP sədrinə aksiyanın polis tərəfindən dağıdılmasından əvvəl mitinqçilərə xəbərdarlıq edilib-edilməməsi və əməliyyatın saat neçədə başlanması ilə bağlı suallar verilib.



Ə.Kərimli dindirmə protokolunu da imzalayıb.



Dekabrın 7-də də AXCP sədri Bakı Şəhər Prokurorluğuna çağırılıraq, işi aparan müstəntiqin suallarına cavab vermişdi.



Baş Prokurorluğun qərarı ilə 26 noyabr mitinqində baş verən qarşıdurmayla bağlı Cinayət Məcəlləsinin 315.2 – hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və 233-cü - ictimai asayişin pozulması maddələri ilə cinayət işi açılıb.