Səs: Real audio
Ukraynadan quş əti gətirməsinə də icazə verilmir Kənd Təsərrüfatlı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti [DBX] quş ovuna qadağanı götürməyib. Bunu "Azadlıq" radiosuna xidmətin rəis müavini Emin Şahbazov bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi [ETSN] DBX-nin müraciətinə əsasən monitorinq aparıldığı üçün quş ovuna qadağanı dekabrın ortalarına qədər uzatmışdı. Ancaq bu vaxtacan aparılmış monitorinqlər Azərbaycanda "quş qripi" virusu aşkarlamayıb. Ona görə də nazirlik «quş qripi» ilə bağlı qoyulan qadağanın aradan qaldırılması üçün Baytarlıq Xidmətinə müraciət edib.
DBX-nin rəis müavini Emin Şahbazov bildirir ki, bir müddət azərbaycanlı sahibkarların Ukraynadan quş əti gətirməsinə də icazə verilməyəcək. Hazırda bu ölkədən quş əti və məhsulları idxal edilmir. Amma bununla bağlı Baytarlıq Xidmətinə müraciət edilsə, icazə verilməyəcək.
Ukraynadan quş əti və quş məhsullarının gətirilməsi yalnız Beynəlxalq Epizodik Büro həmin ölkədə quş qripinin olmamasıyla bağlı müsbət rəy verdikdən 6 ay sonra mümkün olacaq.