Müxalifətin mitinq cəhdinin qarşısı alındı<p align=`left`><br><br>

Səs: Real audio
Dekabrın 18-də "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı Bakıda – metronun "Nərimanov" və "Elmlər Akademiyası" stansiyaları yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd edib Təxminən saat 15:30-da 100-dək müxalifət fəalı "Azadlıq" və "Azad seçki" şüarları ilə "Nərimanov" stansiyası yaxınlığındakı parka doğru irəliləməyə başladı. Polis dərhal müdaxilə edərək onların qarşısını kəsdi. 10-dək aksiya iştirakçısı tutuldu.



Piketi dağıdarkən polis dəyənək və digər xüsusi vasitələrdən istifadə etmədi.



Müxalifətçilərin başqa bir qrupu isə Milli Elmlər Akademiyasının binası qarşısındakı meydanda mitinqə cəhd etdi. Müsavat partiyasının məlumatına görə, burada aksiyanı Müsavat fəalları keçirmək istəyiblər. "Azad seçki", "İstefa", "Təkrar seçki" şüarları səsləndirən aksiyaçıların qarşısı burda da polis tərəfindən alınıb.



"Azadlıq" blokunun rəsmiləri aksiyalar zamanı heç kimin xəsarət almadığını, amma 23 nəfərin saxlanıldığını bildirirlər.