İlham Əliyev Devid Vudvordu qəbul edib

Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir Prezident İlham Əliyev dekabrın 21-də «bp»-nin Azərbaycandakı baş təmsilçisi Devid Vudvordu qəbul edib.



Azərbaycan ilə «bp» arasında əməkdaşlığın daim inkişaf etdiyini bildirən ölkə başçısı Bakı-Tbilisi-Ceyhan, «Şahdəniz» enerji layihələrinin həyata keçirilməsi işinin uğurla getdiyini vurğulayıb.



Cənab Əliyev Dövlət Neft Fondundan ayrılan vəsaitlərdən sosial proqramların həyata keçirilməsi, xəstəxanaların, məktəblərin inşası məqsədi ilə istifadə edildiyini nəzərə çarpdırıb. O, bütün bunları birgə fəaliyyətin uğurlu nəticələri kimi dəyərləndirib.



Devid Vudvord isə 2005-ci ildə əldə olunmuş nailiyyətlər, növbəti il üçün planlaşdırılmış işlər barədə prezidentə məlumat verib. O, bu ilin əməkdaşlıq baxımından çox uğurlu olduğunu söyləyb. 2005-ci ilin may ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə ilk neftin vurulduğunu xatırladan cənab Vudvord bu il üçün nəzərdə tutulan planların artıqlaması ilə yerinə yetirildiyini bildirib.