Səs: Real audio
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilənlərlə razılaşmır İşgəncələr Əleyhinə Komitənin yekun hesabatına görə, bu il Azərbaycandakı istintaq təcridxanalarında 80-ə yaxın məhbus işgəncəyə məruz qalıb. Komitənin rəhbəri Elçin Behbudovun sözlərinə görə, dekabrın 17-də istintaq dindirilməsi zamanı bir nəfər Binəqədi Rayon Polis İdarəsinin pəncərəsindən özünü ataraq intihar edib.
Cənab Behbudov deyir ki, rəhbərlik etdiyi qurum sentyabr ayından təcridxanalarda monitorinqlər aparır. İslah Əmək Müəssisələrində (İƏM) işgəncə hallarının mövcudlğu bu monitirinqlər zamanı da təsdiqini tapıb.
Elçin Behbudovun sözlərinə görə, təcridxanalarda yeni işgəncə növlərinin tətbiq edilməsi belə halları üzə çıxarmağı xeyli çətinləşdırıb. Onlar hesabatda əsasən zərərçəkənlərin ifadələrinə əsaslanırlar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə, İƏM-də işgəncə hallarının baş verməsiylə bağlı iddialarla razılaşmır. Deyir ki, Binəqədi Rayon Polis İdarəsində baş verən ölüm faktı ilə bağlı cinayət işi qaldırılıb. Cənab Zahidovun sözlərinə görə, yalnız istintaq başa çatdıqdan sonra bu ölümün səbəbi tam aydınlaşdırılacaq.