Səs: Real audio
Qonşu ölkənin tələbələri müəllimlərin səviyyəsinin onları qane etmədiyini deyir Ekspertlər denominasiyanın qiymətlərə, valyuta məzənnələrinə ciddi təsir etməyəcəyini deyirlər
Yeni manatı camaat arasına dekabrın 28-də "çıxaracaqlar". Bu haqda Milli Bank həftənin əvvəlində xəbər verib. Elə o vaxtdan da manatın dollara nisbətən bir qədər ucuzlaşması diqqət çəkir. Üstəlik, bəzi özəl banklarda dollar alsalar da, satmırlar.
Milli Bankın baş direktoru Şahmar Mövsümov qiymətlərin bahalaşmayacağına təminat vermir. Ancaq onun sözlərinə görə, bu, heç də yeni manatla bağlı olmayacaq. Sadəcə Yeni ildə əhalinin gəlirlərinin artması və başqa amillər qiymət artımına gətirib çıxaracaq. Valyuta məzənnələrinə gəlincə, Şahmar Mövsümov burda da elə bir ciddi sıçrayış gözləmir.
Müstəqil ekspertlər də denominasiyanın qiymətlərə, valyuta məzənnələrinə ciddi təsir etməyəcəyini deyirlər. Amma adətən ilin sonunda ucuzlaşan dolların dekabrın ortalarından bahalaşmasını denominasiya öncəsi "gözləmə" faktoru ilə əlaqələndirirlər.
İqtisadi Tədqiqatlar Mərkəzindən Samir Əliyevə görə, bu vaxtacan aparılan islahatlar zamanı həmişə itkilərə məruz qaldığından, əhali indiki denominasiyadan da çəkinərək sabit dollara keçir.
Milli Bankın rəsmiləri və müstəqil ekspertlərin fikrincə, qiymətlərdə "oynama" təxminən iki-üç ay çəkə bilər. Sonradan bazarda denominasiya öz təsirini itirməlidir.
Əmanətlərin hansı valyutayla saxlanması məsələsinə gəldikdə, Milli Bank ölkəyə gələn il daha çox valyuta daxil olacağını əsas gətirərək manata üstünlük verməyi tövsiyə edir.
Müstəqil iqtisadçılar isə dolların dəyərinin dünya bazarında artma tendensiyasını və risk faktorunu nəzərə alaraq, əmanətlərin Amerika valyutasında saxlanmasına üstünlük verirlər.
İqtisadi Tədqiqatlar Mərkəzindən Samir Əliyevsə bankların depozit faizləri inflyasiyanı kompensasiya etmədiyindən, əmanətləri daşınmaz əmlak bazarına yönəltməyi tövsiyə edir.