Valideynlərini itirmiş uşaqlar təhsil haqqından azad olunacaqlar

Səs: Real audio
Hollandiyalı səhmdarlara məxsus "Azpetrol Group" və "Azpetrol Oil Services Group" bəyanat yayaraq "Azpetrol Ltd."-nin səhmlərinin əllərindən alınmasını Azərbaycan hökumətinin "düşmənçilik əməli silsiləsinin davamı" adlandırıb Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli «AzərTAc»a deyib ki, bu günlərdə prezident qanunvericilik təşəbbüsü ilə «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» qanuna dəyişiklik edilməsi barədə layihəni parlamentin müzakirəsinə göndərib.



Layihədə deyilir ki, valideynlərini itirmiş, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar orta ixtisas məktəblərində və ali məktəblərdə təhsil aldıqları müddətdə təhsil haqqından azad olunurlar. Bundan əlavə, həmin uşaqlar 23 yaşınadək əvvəl yaşadıqları yataqxanalarda qalacaqlar.