Opera və Balet Teatrı xalq artistlərini işdən uzaqlaşdırıb<p align=`left`><br><br>

Səs: Real audio
Sənətçilər aybaay deyil, ifa etdikləri rola görə qonarar alacaqlar Opera və Balet Teatrının rəhbərliyi bir neçə ifaçını - xalq artistləri Zeynəb Xanlarova, Baba Mahmudoğlu, Arif Babayev, Fidan və Xuraman Qasımova bacılarını işdən uzaqlaşdırıb. Bu barədə teatr rəhbərliyinin qərarında bildirilir ki, adıgedən şəxslər bundan sonra aybaay deyil, yalnız hər hansı rol ifa etdikləri təqdirdə qonarar alacaqlar. Rəhbərlik hesab edir ki, sənətçilər üçün ölkədə yaradılmış vəziyyət və ayrılan təqaüdlər onların ən yüksək səviyyədə yaşayışına imkan verir.



Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov isə bildirir ki, bu, aparılan islahatların tərkib hissəsidir. Onun sözlərinə görə, həmin ifaçılar nazirliyə göndərdikləri müraciətdə bildiriblər ki, dəyişikliklər onları qane edir.



Arif Babayev, Xuraman Qasımova və başqaları isə «Azadlıq» radiosuna müsahibəsində əhəmiyyəti olmadığı üçün baş verənlərə münasibət bildirmək istəmədiklərini dedilər.