Cənubi Qafqaz ölkələrində mədəni model

  • Andrey Babitski
Səs: Real audio
Göyərtədə olan 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub Bütün SSRİ ərazisində, Qafqazda ümumi bir Sovet mədəniyyəti vardı. Bu gün Cənubi Qafqaz ölkələri daha çox Qərbə baxırlar. Bu, problemdir, yoxsa hadisələrin təbii inkişafıdır?



Tbilisidən Qafqaz Sülh və İnkişaf İnstitutunun rəhbəri Gia Nodia: "Məncə, bu, problem deyil. İndi məsələn, ingilis dilini öyrənmək daha sərfəlidir, daha çox əməkhaqqı vəd edir, daha hörmətlidir. Çünki, hörmət, nüfuz mərkəzi Qərbdədir. Hesab etmirəm ki, rus dilinin Gürcüstanda zəifləməsi gürcü özünəməxsusluğuna zərər vurur".



Yerevandan ədəbiyyatşünas Marine Petrosyan: "Rus ənənələri başqa Cənubi Qafqaz ölkələrinə nisbətən bizdə güclüdür. Amma Ermənistanda da hər şey dəyişir. Çünki Rusiyanın siyasəti aydın deyil, həm də qorxudur".



Bakıdan professor, Milli Elmlər Akademiyasının elmi işçisi Rəhman Bədəlov: "Hə, biz doğrudan da gedirik və məncə, geri dönəsi deyilik. Mən Sovet ideologiyası ilə Sovet tankları Praqaya girəndə vidalaşdım və mən tək deyildim. Sovet İttifaqı dağılanda biz başa düşdük ki, çox şeyi itiririk, çox şeyi itirdik də. Amma prosesin qaçılmaz olduğunu da bilirdik. Mən istəməzdim ki, rus mədəniyyəti Azərbaycandan getsin. Mən təəssüflənirəm ki, ruslar indi bizdə seçkiqabağı hansısa çirkli texnologiyaların təşkilində iştirak edirlər".



Söhbəti Audio hissədə dinləyə bilərsiniz