Azərbaycanlı gimnastlar beynəlxalq turnirin ikincisi olublar

Səs: Real audio
ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədr «böyük qərarlar verilməlidir»-deyir Azərbaycan Güləş Federasiyasının ilin yekunlarına dair məlumatında bildirilir ki, bu il Yunan-Roma növündə mübarizə aparan azərbaycanlı pəhləvanlar beynəlxalq yarışlarda 23 medal qazanıblar. Məlumatda deyilir ki, Rusiya, Litva, Türkiyə və İranda keçirilən yarışlarda, həmçinin Avropa və Dünya çempionatlarında qazanılan medalların 6-sı qızıl, 6-sı gümüş, 11-i isə bürünc medallardır.



- AFFA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, FİFA Dünya Çempionatına (DÇ) qatılan futbol yığmalarının reytinqlərinin müəyyənləşdirilməsi sisteminin dəyişdirilməsini müzakirə edir. Müzakirənin yekunlarına dair məlumat 2006-cı ildə Almaniyada keçiriləcək DÇ-dən sonra açıqlanacaq. FİFA-dan bütün yerli federasiyalara, o cümlədən AFFA-ya göndərilən məktubda bildirilir ki, bundan sonra yarışlarda iştirak edən komandaların səkkiz yox, dörd illik fəaliyyətlərinə nəzər yetiriləcək.



- Akrobatik gimnastika üzrə Rusiyada keçirilən beynəlxalq turnirdən azərbaycanlı gimnastlar mükafatla qayıdıblar.

Məlumatı Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Şahin Kazımzadə verdi. O, bildirir ki, azərbaycanlı gimnastlar turnirin gümüş medallarını qazanıblar. Qızıl medalların sahibləri isə rusiyalı idmançılar olub.