Bakıya verilən gündəlik qazın həcmi artırılıb

Səs: Real audio
Təhsil Nazirliyi isə rüşvət hallarının aradan qalıdırılması üçün yenə «Qaynar Xətt» yaradır Havaların soyumasıyla bağlı Bakıya verilən gündəlik qazın həcmi artırılıb. Bu barədə «Azəriqaz» Səhmdar Cəmiyyətindən bildiriblər. Ötən aylarda paytaxta verilən qazın həcmi 7-8 milyon kubmetr idisə, indi bu 9 milyon 290 min kubmetrə çatıb. «Azəriqaz»dan onu da bildiriblər ki, əhalinin tələbatı artmaqda davam etsə, Bakı şəhərinə verilən qazın həcmini yenə artırmaq mümkündür.



- Dekabrın 24-də Gürcüstandan «Poti-Bakı-Aktau-Almaatı» reysi ilə yola salınmış 26 vaqondan ibarət ilk pilot konteyner qatarı Bakıya çatıb. Dövlət Dəmiryolu İdarəsindən verilən məlumata görə, vaqonlardan ikisi bərə vasitəsilə təyinatı üzrə Qazaxıstan və Türkmənistana göndərilib. Digər 24 vaqon isə Bakıda Keşlə stansiyasındadır. Bu günlərdə onlar da təyinatı üzrə yola salınacaq. Yeni qatarın işə salınması TRASEKA dəhlizinin rəqabət qabiliyyətini artırmağa yönəlib.



- Hökumət Sumqayıtdakı Superfosfat Zavodunda gübrə istehsalının bərpası layihələrini nəzərdən keçirir. Bu barədə Sumqayıt İcra Hakimiyyətindən bildiriblər. Gələn il zavodda 250 min ton superfosfat gübrəsi istehsal etmək planlaşdırılır.



- Dekabrın 26-na olan məlumata görə, Milli Bankda 1 dollar 4590 manat, 1 avro 5435 manat, 1 rubl isə 159 manatdır.