Səs: Real audio
Nizami Cəfərov: "Şou-biznesin hazırkı vəziyyəti «Axırıncı aşırım» filmindəki "kolxoz oyunu"na bənzəyir" Azərbaycanda şou-biznes fəaliyyətinin tənzimlənməsi məqsədilə Milli Məclisin mədəniyyət daimi komissiyası «Şou-biznes haqqında» qanun layihəsinin hazırlanması işinə başlayıb.
Məlumatı komissiyanın sədri Nizami Cəfərov verib. O deyir ki, komissiya qanuna salınması üçün təkliflər planı üzərində işləyir. Bu qanunun qəbulunu zəruri edən səbəblər barədə cənab Cəfərov deyir ki, Azərbaycanda şou-biznesin səviyyəsi qənaətbəxş deyil. Və bu vəziyyət kənardan «Axırıncı aşırım» filmindəki "kolxoz oyunu"na bənzəyir.
Nizami Cəfərovun sözlərinə görə, şou-biznes haqqında qanun elə hazırlanacaq ki, hamının hər şeyi olsun. Daha doğrusu, istedad sahiblərinin. «Qanun Bədii Şuranın yenidən bərpasını nəzərdə tuta bilərmi» sualına Nizami Cəfərov «Bədii Şura olmayacaq. Amma bu qanunla səsi olmayan, ekranlardan düşməyən və bayağı çıxışlarla məşğul olanların fəaliyyəti tənzimlənəcək» cavabını verdi.
Azərbaycan estradasının tanınan simalarından olan – müğənni Mübariz Tağıyev də deyir ki, bu gün oxunan mahnılar mətnlərindən tutmuş, bəstəsinə qədər çox aşağı səviyyədədir. Əksər ifaçıların səhnə mədəniyyəti, oxu tərzləri də ürəkaçan deyil. Çünki onlar bu gün bazar tələbləri ilə işləyirlər.
Mübariz Tağıyev hesab edir ki, bu gün sosial problemlərin çoxluğundan şou-biznesə gələnlərin əksəriyyəti, xüsusilə də gənclər bu sahəyə gəlir mənbəyi kimi baxır. Hazırda şou-biznesdə Azərbaycan mədəniyyətinin inkişafı yolunda işlər, layihələr demək olar ki, aparılmır. Bütün bunlarla yanaşı, Mübariz Tağıyev şou-biznes fəaliyyətinin məhdudlaşdırılmasının da əleyhinədir.
«Şou-biznes haqqında» qanunun Milli Məclisdə müzakirəyə 2006-cı ilin martında çıxarılacaq.