Səs: Real audio
Kiçik partlayıcılar, bayram fişənglərinin istifadəsi ləğv olunub Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə paytaxtda keçirilən tədbirlərin sayının çoxluğunu nəzərə alaraq polis dekabrın 28-dən yanvarın 2-nə kimi gücləndirilmiş iş rejimində işləyəcək. Bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Zülfiyyə İbrahimova deyir. O, bildirir ki, küçə və meydanlarda keçirilən kütləvi tədbirlərdə əhalinin narahatlığına səbəb olan kiçik partlayıcılar, bayram fişənglərinin istifadəsi də nazir Ramil Usubovun əmrilə ləğv olunub. Xanım İbrahimovanın sözlərinə görə, artıq paytaxt polisinin keçirdiyi bir neçə reyddə çoxlu sayda kiçik həcmli partlayıcılar aşkarlanıb. Onların şəhərə gətirilməsinə şərait yaradan və satışa çıxaranlar haqqında isə tədbir görüləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatında isə bildirilir ki, paytaxtın müxtəlif yerlərində dövlət səviyyəsində bayram şənlikləri və atəşfəşanlıq təşkil olunacaq. Ölkə başçısının da bu tədbirlərdə iştirakı gözlənilir.
«Barmek-Azərbaycan Elektrik Şəbəkə»si Məhdud Məsuliyyətli Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin açıqlamasına görəsə, bayram günlərində əhalinin işıqla təminatında problem olmaycaq. Amma Yeni ilin ilk ayından işıqpulu borcları olan abonentlərin xətti kəsiləcək.