Prezident «İnzibati İcraat haqqında» qanunu təsdiq edib

Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək Dekabrın 18-də prezident "İnzibati icraat haqqında" qanunun qüvvəyə minməsi haqda fərman imzalayıb. Artıq məmurun qərarından şikayəti tənzimləyən qanun olacaq.



Prezident fərmanına görə, qanun 2007-ci ildə qüvvəyə minəcək



Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının əsas hissələrindən olan "İnzibati İcraat haqqında" qanun barəsində rəyini soruşduğumuz hüquqşünaslar müsbət fikirdədirlər.



Bu sənədin hazırlanması üçün uzun müddət idi ki, iş gedirdi. Onun hazırlanmasında Alman Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə Avropa Şurasının ekspertləri də iştirak ediblər.



Sadə dillə desək, "İnzibati İcraat haqqında" qanun vəzifəli şəxsin məhz vətəndaşa xidmət etməli olduğunu, üstəlik, hər hansı qərar verərkən yalnız qanuna söykənməli olduğunu nəzərdə tutur. Və bundan ötrü prosedura qaydalarını müəyyənləşdirir.



GTZ ekspertləri deyirlər ki, qanun dövlət və ya bələdiyyə qulluğunda olan istənilən məmura aid edilir. Adi Mənzil İstismar Sahəsi (MİS) rəhbərindən tutmuş nazirə qədər istənilən məmurla mübahisələrdə tətbiq olunmaq üçündür.



Qanun həm də şikayətlərə baxılmasıyla bağlı süründürməçilik praktikasının qarşısını almağa yardım edəcək. Məsələn, adətən adi kommunal problemlə bağlı vətəndaşlar ilk öncə MİS-ə, və ya bələdiyyələrə müraciət edir. Xeyri olmayanda, icra hakimiyyətindən tutmuş Prezident Aparatına qədər hər yerə üz tuturdular. Təbii ki, Prezident Aparatı da şikayəti araşdırılmaq üçün aidiyyəti orqana – MİS-ə, ya da bələdiyyələrə qaytarırdı. Bununsa problemin həllinə elə də köməyi olmurdu. Yeni qanun imkan verəcək ki, vətəndaşlar yuxarı orqana şikayət etməklə MİS və ya bələdiyyələrin həm də cəzalandırılmasına nail olsunlar. Və ya birbaşa xüsusi məhkəmələrə üz tuta bilərlər.



Amma bəzi istisnalar da var. Məsələn, Yol polisi əməkdaşının cərimə qərarıyla razılaşmayan sürücü "İnzibati İcraat haqqında" qanundan yararlana bilməyəcək. Baxmayaraq ki, Avropada bu da mümkündür. GTZ eksperti Günəş Vəliyeva deyir ki, layihə müəllifləri digər qanunlarla bağlı problemlər yaratmamaq üçün belə istisnanı məqbul sayıblar.



İstənilən halda "İnzibati İcraat haqqında" qanun 2007-ci il yanvarın 1-də qüvvəyə minəcək. Qanunun müəlliflərindən olan Səyyad Kərimovun sözlərinə görə, həmin vaxta qədər isə İnzibati Prosessual Məcəllənin hazırlanması və qəbulu, xüsusi inzibati məhkəmələrin yaradılması, ya da məhkəmələrdə inzibati işlərə baxacaq xüsusi hakimlərin ayrılması nəzərdə tutulub.