Səs: Real audio
Səfir BTC-nin açılışını ilin hadisəsi kimi qiymətləndirir Bakı Şəhər İcra Hakimiyyəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu gecə saat 12:00-da Milli Parkda atəşfəşanlıq keçirəcək.
Paytaxtın Baş Yolkası - 20 metr hündürlükdə olan küknar ağacı da bulvarda qurulub.
Bakının teatr zalları isə balaca tamaşaçılarla doludur. Yeni il şənliyini Şaxta Baba və Şən Yolkayla keçirən uşaqlar bu bayramı çox sevdiklərini deyirlər: «Bundan yaxşı nə var?! Şaxta Baba bizə hədiyyə verir, birlikdə oynayır, yolkanın işıqlarını yandırırıq».
Şaxta Baba - Elşad Rəhimzadə: «Uşaqlıqda mənə deyirdilər ki, bayram günü oyanıb görəcəksən ki, Şaxta Baba sənə hədiyyə gətirib. İndi də buna inanıram. Əks halda uşaqlar üçün bu sevimli obrazı yarada bilməzdim».
Dekabrın 31-i paytaxtın küçələri həmişəkindən daha qaynardır. Satıcılar deyirlər ki, 2006-cı il it ili olduğundan daha çox itə aid oyuncaqlar satılır.
Alıcılar isə bildirirlər ki, nəyə imkanları çatırsa, doğmalarına da onu hədiyyə edirlər.