Bitərəf deputatlar öz birliklərini yaradıblar

Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Heç bir partiyanın üzvü olmayan deputat Gültəkin Hacıyeva deyir ki, parlamentdə 40 nəfər bitərəf millət vəkili var. Onlar artıq bir dəfə bir araya gələrək öz aralarından deputat Valeh Ələsgərovun vitse-spikerliyə namizədliyini irəli sürüblər və bu iş uğurla başa çatıb.



Hazırda isə bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli, o cümlədən MSK-nın formalaşması işində bitərəf deputatların iştirakı məsələsi onların bir qrupda birləşməsini zəruri edib.



Gültəkin Hacıyeva bitərəflərin fraksiya yaratmaq niyyətinin olmadığını və qrup şəklində fəaliyyət göstərəcəklərini deyir. Onun sözlərinə görə, qrupun koordinatoru vitse-spiker Valeh Ələsgərov olacaq.