Sərbəst və Roma güləşi üzrə ölkə çempionatının qaydalarına dəyişikliklər edilib

Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir - Gələn həftə başlayacaq sərbəst və Roma güləşi üzrə ölkə çempionatının qaydalarında ciddi dəyişikliklər var. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Rafiq Abbasov deyir ki, bu dəyişiklik nəticəsində yarışların qalibi bir gün müddətində, daha doğrusu, idmançıların keçirdiyi 3 və ya 4 görüşdən sonra müəyyən ediləcək.



Raqif Abbasov deyir ki, çempionatda 55-120 kiloqram çəki dərəcəsində olan idmançılar iştirak edəcəklər.



- Maştağa Olimpiya Kompleksində cüdo üzrə yeniyetmələrin açıq Bakı birinciliyinin startı verilib. 1990-91 və 1992-93-cü il təvəllüdlü idmançılar arasında keçirilən birincilikdə paytaxtın müxtəlif klub və cəmiyyətlərini təmsil edən atletlərlə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Rusiyadan ümumilikdə 400-dək cüdoçu mübarizə aparır. Məlumatı Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidməti verib.