Masallıda «quş qripi» aşkarlanmadı<p align=`left`><br><br>

Səs: Real audio
Quşların qırılmasının səbəbi yoluxucu xəstəlikmiş Yanvarın 6-da Dövlət Baytarlıq Xidməti Masallı rayonunda ev quşlarının qırılmasıyla bağlı analizlər keçirib.



Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun verdiyi məlumata görə, quşlarda «quş qripi» xəstəliyi aşkarlanmayıb. Onun sözlərinə görə, quşlar zəhərləniblər və hazırda bu zəhərin mənşəyi araşdırılır. Həmçinin onlarda mədə-bağırsaq xəstəliyi aşkar edilib.



Hazırda isə Masallı rayonunda məhv olmuş quşların sayı müəyyənləşdirilir, bazarda isə ev quşlarının satılmasına müvəqqəti məhdudiyyət qoyulub.



Bir gün əvvəl Masallı rayonunun bir neçə kəndində çoxlu sayda ev quşlarının qırılması faktı qeydə alınmışdı. Camaat toyuq-cücənin "quş qripi"nə yoluxa biləcəyindən narahat olmuşdu.



Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, Naxçıvanda köçəri quşlarda xəstəliyin olub-olmamasıyla bağlı monitorinq davam etdirilir. İlkin nəticələr müsbətdir.