20 Yanvara həsr olunan futzal turniri keçirilir

Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq - Gənclər, İdman və Turizm Nazirliyi 1990-cı ilin 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinə həsr olunmuş futzal turniri keçirir.



Nazirliyin mətbuat xidmətinin əməkdaşı Raqif Abbasovdan aldığımız məlumata görə, turnirə Gənclər, İdman və Turizm Nazirliyi də daxil olmaqla 6 nazirliyin komandası qatılıb.



- Bakının Mərkəzi Ordu İdman Klubunda (OMİK) silahlı qüvvələrin boks üzrə ölkə çempionatı keçirilir. Yanvarın 14-dək davam edəcək yarışda 156 hərbçi idmançı mübarizə aparır.



- Qılıncoynatma üzrə Bakı birinciliyinin ilk oyunlarının qalibləri müəyyənləşib. Oğlanların rapira yarışlarının nəticələrinə əsasən, Murad Əliyev paytaxt çempionu adına layiq görülüb. Etibar Namazov ikinci, Vüqar Ağakişiyev və Hacı Məmmədov isə üçüncü yerləri tutublar.



Qılıncoynadan qızların mübarizəsində isə Elmira Xudaverdiyeva birinci yeri tutub. Ruqiyyə Əliyeva ikinci, Nigar və Aydan Abbasova bacıları üçüncü yerə çıxıblar. Yarışlar yanvarın 12-dək davam edəcək.