Təhsildə rüşvət

Səs: Real audio
Venesiya Komissiyasının təmsilçisi MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı təkliflər vermək niyyətində olmadıqların deyir Ali təhsil müəssisələrində qış imtahan sessiyası dövründə "Dalğa" Gənclər Hərəkatı "Rüşvətsiz Təhsil" kampaniyasına başlayıb. Təşkilatdan bildirirlər ki, tələbələrdən pul alan müəllimləri üzə çıxarmaq istəyirlər.



Hərəkatın rəhbəri Ramin Hacılı deyir ki, onların tərtib etdiyi siyahıda tələbələrdən rüşvət istəyən 50-dək müəllimin adı var. Qiymətlər isə universitetin adından və statusundan asılıdır. İmtahanlara görə ən yüksək qiymət dövlət universitetlərindədir. Bu da nə az, nə çox təxminən 500 dollardır.



Amma pulla yazılan təkcə imtahanlar deyil, həm də tələbələrin imtahanlara buraxılması üçün verdikləri yoxlamalar – zaçotlardır. Artıq tələbələrdən 100 min manat pul yığılmasıyla bağlı məlumatlar var.



Ramin Hacılıya görə, təhsil müəssisələrində elə hallar da olur ki, müəllim istədiyi pulu bir qədər azaltmaqla tələbəyə "hörmət edir". Tələbə də bunun müqabilində müəllimin ondan pul alması faktını inkar edir.



"Dalğa" Gənclər Hərəkatı rüşvət alan müəllimlərə bəzi sürprizlər də hazırlayıb. İlk sürpriz odur ki, qış imtahan sessiyası zamanı tələbələrdən pul alan müəllimlərin siyahısı Təhsil Nazirliyi və Baş Prokurorluğa göndəriləcək. Ramin Hacılı deyir ki, əgər onların müraciətlərinə baxılmasa, həmin müəllimləri özləri ifşa edəcəklər.



Təhsil Nazirliyində şöbə müdiri Rəhim Ağamalıyev deyir ki, həm Bakıdan, həm də ayrı-ayrı şəhər və rayonlardan şagird və tələbələrdən pul alınmasıyla bağlı nazirliyə xeyli müraciətlər olur. Onlar da həmin müraciətləri araşdırmaq üçün prokurorluğa göndərirlər. Amma indiyə qədər həmin şikayətlərdən heç biri öz təsdiqini tapmayıb.



Daha ətraflı Audio hissədə