Erməni qüvvələri Qarabağ ətrafı rayonlardan çıxır?

Səs: Real audio
Xanım Hacıyeva bildirib ki, əgər Müsavat Partiyası parlamentdə iştirak etsə, onunla münasibətlərə yenidən baxmalı olacaq Nüfuzlu Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə nümayəndəsi Sabin Frayzer deyir ki, "bəli", erməni tərəfi buna hazır görünür



Amma xanım Frayzer hesab edir ki, Ermənistan və Dağlıq Qarabağ ictimaiyyəti belə bir addıma hazır deyil:



«Məncə, bu çox çətin olacaq. Hərbi qüvvələrin işğal olunan ərazilərdən çıxarılması kimi güzəştə getmək həm Ermənistan, həm də Dağlıq Qarabağ ictimaiyyəti üçün çox çətin olacaq».



Sabin Frayzerə görə, Ermənistan belə bir addım atacağı təqdirdə Azərbaycan tərəfi də güzəştə getməyə hazır olmalıdır:



«Bu o deməkdir ki, Azərbaycan ilk addım kimi Qarabağ ermənilərinə beynəlxalq təhlükəsizlik təminatı verməlidir. İkincisi, Azərbaycan sülhməramlı qüvvələrin bölgəyə gəlməsinə icazə verməlidir. Üçüncüsü, Azərbaycan qəbul etməlidir ki, Dağlıq Qarabağın statusu məsələsi sual altında qalacaq. Və bu məsələ növbəti danışıqlarda müzakirə olunmalıdır».



Beynəlxalq Böhran Qrupu ümid edir ki, xarici işlər nazirlərinin London görüşü tərəflər arasında etimad yaratmağa kömək edəcək. Sabin Frayzerə görə, bu görüş prezidentlərin fevral ayında keçiriləcək görüşünün uğurlu alınması üçün zəmin yaratmalıdır



Amma Yerevandakı Qafqaz Media İnstitutunun rəhbəri Aleksandr İskandaryan xanım Frayzerin yanıldığını bildirir:



"Mən biləni Ermənistan tərəfdən rəsmi reaksiya olmayıb. Amma mənim fikrimcə, xanım Frayzer yanılır, erməni tərəfdən belə hazırlıq yoxdur...".



Aleksandr İskandaryan deyir ki, erməni siyasətçiləri 1998-ci ilin dərsini yaxşı öyrəniblər:



"O vaxtkı prezident Ter-Petrosyan öz "Müharibə, yoxsa sülh" məqaləsində kompromisin mümkünlüyü haqda düşünməyə cəhd etdi və prezidentliyi itirdi. O vaxt düşünməkdən söhbət gedirdi, indi isə real işdən – qoşunları çıxartmaqdan. Mən düşünmürəm ki, Koçaryan dəlidir. Və yaxud da Qukasyan..."



Aleksandr İskandaryandan fərli olaraq siyasi icmalçı Rauf Mirqədirov Sabin Frayzerin fikirlərini bölüşür. O deyir ki, son zamanlar Ermənistan rəsmiləri ehtiyatla olsa da, hərbi hissələrin işğal edilən bölgədən çıxarılması fikrini dilə gətirirlər. Ölkə rəsmiləri Dağlıq Qarabağın, orda yaşayan ermənilərin təhlükəsizliyinə dair təminat ala bilsələr, onun ətrafındakı torpaqları boşaltmağa hazır olduqlarını deyirlər. Halbuki, bir neçə il əvvələ kimi Ermənistan bu fikri qətiyyən yaxına buraxmırdı. İndisə, müşahidələr göstərir ki, Ermənistan hökuməti əhalini mümkün güzəştlərə hazırlamağa başlayıb.



Politoloq Rasim Musabəyov isə rəsmi məlumatlara istinadən danışıqlarda 7-8 elementin müzakirə olunduğunu deyir. Və hesab edir ki, detallar açıqlanmasa da, orda hər iki tərəfi ayrı-ayrılıqda qane edən məqamlar olmamış deyil. Hər iki tərəfi də eyni şəkildə razı sala biləcək variant olmadığından, haradasa güzəştə getmək lazımdır. Ancaq bu, Dağlıq Qarabağda referendum keçirməklə Azərbaycanın ali qanunu – Konstitusiyanı qüvvədən salmaq hesabına olmamalıdır.



Hər iki ekspert bu il münaqişəylə bağlı ciddi, həlledici sənəd imzalanacağına çox az inanır. Rauf Mirqədirovun sözlərinə görə, bunun üçün hər iki ölkə başçısından qətiyyət tələb olunur. Onlar böyük siyasi iradə sahibi olmalıdırlar ki, hər iki ölkə ictimaiyyəti güzəştə hazır olmadığı halda hansısa sənədə imza atsınlar. Çünki həmin ölkə başçıları ictimai rəydə xəyanətkar kimi qavrana və siyasi səhnədən gedə bilərlər.