Səs: Real audio
Buna yetərsayın olmaması səbəb oldu Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsinin dinləmələrinə dəvət olunublar. Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva yanvarın 26-da hollandiyalı deputat Leo Platvoetin rəhbərlik etdiyi Alt Komitənin iclasında iştirak edəcəklər. İclasda 6 noyabr parlament seçkisinin nəticələri müzakirə olunacaq.
AŞPA missiyası həmin seçkinin monitorinqini aparmışdı.
AŞPA-nın yanvarın 23-də başlayacaq qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ salınmayıb.
AŞPA missiyası həmin seçkinin monitorinqini aparmışdı.
AŞPA-nın yanvarın 23-də başlayacaq qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ salınmayıb.