ATƏT-in Yüksək Planlaşdırma Qrupu Qarabağdadır<p align=`left`><br><br>

Səs: Real audio
7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının bir mərtəbəsi virusa yoluxacaq xəstələr üçün ayrılıb ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) hazırda Dağlıq Qarabağ zonasındadır. Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov da təsdiqləyir. Cənab Əzimov deyir ki, hərbi ekspertlərin səfərindən məqsəd əvvəlcədən hazırlanmış planların dəqiqləşdirilməsi, yerdə şəraitlə tanış olmaq, gələcək əməliyyatla bağlı problemləri aydınlaşdırmaqdır.



O, bildirib ki, danışıqlar çərçivəsində gedən işlər siyasi və təşkilati xarakter daşıyır: «Təşkilati məsələlər vaxtlı-vaxtında hazır olmalıdır».



YSPQ ötən ilin sonunda Azərbaycanın bəzi rayonlarında- Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan və Daşkəsəndə olub, bəzi yerli mehmanxana və yataqxana binalarına, yarımçıq tikililərə baş çəkib, ərazilərin videoçəkilişini aparıb.



YSPQ 1996-cı ildə münaqişə tərəflərinin razılığından sonra sülhməramlı əməliyyat planlarının hazırlanması məqsədilə yaradılıb, 1997-ci ildə regiona səfər edib. Qrup ATƏT-ə və əsasən Minsk Qrupuna daxil olan ölkələri təmsil edən doqquz zabitdən ibarətdir.



YSPQ sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair dörd konsepsiya irəli sürüb - müşahidəçilərin yerləşməsi, irimiqyaslı əməliyyatın aparılması, tərksilah və bütün regionun demilitarizasiyası.



Bu konsepsiyaların seçimi tərəflərin razılığından asılı olacaq.