Azərbaycan nümayəndə heyətinin mandatına yanvarın 25-də baxılacaq<p align=`left`><br><br>

Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməsi məsələsinə yanvarın 25-də baxılacaq.



Qurumun yanvarın 23-də başlayan sessiyasında Azərbaycan üzrə həmməruzəçi Andreas Qross təklif edib ki, 6 noyabr parlament seçkisi Avropa Şurasının standartlarına cavab vermədiyindən, nümayəndə heyətinin mandatı təsdiqlənməsin.



AŞPA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, təklifi ən azı on deputat dəstəkləyib.



Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə təklifə etiraz edib.



Qərara alınıb ki, məsələyə AŞPA-nın Alt Komitəsinin yanvarın 25-də keçiriləcək iclasında baxılsın.



İndi AŞPA Monitorinq Komitəsinin hesabatı əsasında Azərbaycanın mandatını təsdiqləyib təsdiqləməmək barədə qərar verəcək. Ya da üçüncü bir forma kimi nümayəndə heyətinin mandatı müəyyən məhdudiyyətlərlə təsdiqlənə bilər.