Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» Son seçkilər vaxtı bir problem də üzə çıxdı. Seçkiqabağı kampaniyaya qatılan tələbələrdən bir çoxu ali məktəblərdə siyasi fəaliyyətlərinə görə təzyiqlərlə üzləşdiklərini iddia etdi. Ötən il və bu ilin əvvəlində qovulmuş dörd tələbə müxtəlif etiraz aksiyalarından sonra ali məktəbə bərpa olundu. Amma onların bərpasında həmkarlar təşkilatının rolu olmadı
"Bizim tərəfimizdən bütün tələbələrin hüquqları qorunacaq". Bu, tələbələrin müstəqil həmkarlar ittifaqını yaratmaq istəyən gənclərdən biri, "Məqam" Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynovun fikirləridir. O deyir ki, onlar elə bir qurum yaratmaq istəyirlər ki, o, müstəqil olsun və tələbələrin hüquqlarını hər hansı siyasi amil nəzərə alınmadan qorusun. Emin Hüseynovun sözlərinə görə, universitetlərdəki həmkarlar təşkilatları tələbələrin istirahət hüququnu da pozur.
Ali təhsil müəssisələrini ötən il bitirən bir neçə məzunla söhbətləşdim. Dedilər ki, onlar təhsil aldıqları institutların həmkarlarını birinci dəfə ali məktəbi başa vuranda görüblər. Bu da diplom üçün universitetin həmkarlar təşkilatından sənəd aldıqları zaman olub.
Mən özüm Bakı Dövlət Universitetində oxuyanda həmkarlar təşkilatının sədr müavini olmuşam. Yadımdadır, o vaxt biz ancaq universitetə hansısa nazir və xarici nümayəndə gələndə əl-ayağa düşür, tələbə yoldaşlarımızdan xahiş edirdik ki, indilərdə filan nazir, hansısa qonaq gəlməlidir, hamı universitetin böyük akt zalına toplaşsın. Amma xatırlamıram ki, hansısa tələbənin hüquqları ilə bağlı haçansa toplantı keçirək və ya imkansız tələbələrin siyahısını tutub onların üzləşdiyi problemlərlə maraqlanaq.
Həmin vaxtdan 8 il ötür. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Təşkilatının rəhbəri Namiq Şıxəliyev deyir ki, o vaxtdan bəri yaxşılığa doğru çox şey dəyişib. 2001-ci ildən başlayaraq həmkarlar təşkilatı imkansız və qaçqın ailələrindən olan tələbələrə güzəştlər edilməsinə nail olub. Hazırda həmkarlar təşkilatı və universitetin daxili imkanları hesabına müxtəlif fakültələrdə təhsil alan 150 imkansız tələbə universitetdə gündə bir dəfə pulsuz yeməklə təmin edilir. Bundan başqa, Sumqayıt və Bakıətrafı kəndlərdən gələn tələbələrə əlavə yolpulu da verilir.
"Yox, yox, mən elə bir şey eşitməmişəm..." Bu isə hər gün Sumqayıtdan Bakıya gələn Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Samir Zeynalovdur. O deyir ki, 3-cü kursun sonuna qədər heç bir yerdə işləməyib, valideynlərinin qazancı da çörəkpuluna güclə çatıb. Amma buna baxmayaraq, ona heç vaxt yolpulu və ya hansısa formada kompensasiya verilməyib.
Tələbələrin istirahət hüququnun pozulması ilə bağlı iradlara gəlincə, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Təşkilatının rəhbəri Namiq Şıxəliyev deyir ki, bu sahədə universitetin imkanları məhduddur. Yalnız Xızı rayonunda, Coğrafiya fakültəsinə məxsus "Altıağac" adlanan yerdə düşərgə var. Tətil müddətində müraciət edən tələbəyə şərait yaradılır ki, gedib bir həftəlik orada istirahət etsin.
Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı isə deyir ki, tələbələrin sosial hüquqlarının qorunması ilk növbədə ali təhsil müəssisələrinin müstəqil maliyyə imkanlarından asılıdır. Bunun üçün universitetlərə daha geniş səlahiyyətlər verilməlidir. Zəminə Əliqızına görə, belə olan halda ali təhsil müəssisələri tələbələrin sosial problemlərini həll etməkdə aciz olmazlar.