İsrail səfiri: «Qubada sahibkarların fəaliyyəti üçün böyük potensial var»

Səs: Real audio
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə: «Bu, populist addımdır» «Quba İsrail vətəndaşlarının ürəyinə çox yaxın yerdir. Burada İsrail və yerli sahibkarların birgə fəaliyyəti üçün böyük potensial var».



Bu fikirləri İsrailin Azərbaycandakı səfiri Artur Lenk fevralın 21-də İsrail və yerli sahibkarların Quba Olimpiya Kompleksində keçirilən biznes-forumundan sonra jurnalistlərə açıqlamasında söylədi.



Səfir tədbirin qarşılıqlı layihələrin həyata keçirilməsilə nəticələnəcəyinə əmin olduğunu və Azərbaycanın digər bölgələrində də biznes-forumların təşkil ediləcəyini bildirdi.



«Geniş miqyaslı layihələr üçün potensial istehlakçılar və partnyorların tapılması» mövzusuna həsr edilmiş biznes-forumda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Tədbirdə deputatlar Vahid Əhmədov, Yevda Abramov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Arzuman Əliyev və digər rəsmi şəxslər iştirak edib.