Səs: Real audio
Fevralın 27-də yanvar və fevral ayı üçün olan sosial pensiya və müavinətlər əhaliyə veriləcək. Bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov məlumat verdi Bu ilin əvvəlindən sosial pensiyaçılara pensiyaların verilməsi dayandırılmışdı. Buna səbəb sosial pensiyaların əmək pensiyalarından ayrılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə verilməsi idi.
Ünvanlı sosial yardımlar almaq istəyənlər isə ilin ikinci yarısını gözləyəcəklər. Fizuli Ələkbərov deyir ki, ilk olaraq belə yardım 250 min ailə və ya 1 milyon 200 min nəfərə veriləcək. Ancaq bunun üçün həmin şəxslərin şəraiti nəzərə alınacaq. Şəffaflıq üçün bu işə qeyri-hökumət təşkilatlarının nümayəndələri də qoşulacaq.
İqtisadçı Azər Mehtiyev isə deyir ki, ünvanlı sosial yardımların verilməsində şəffaflığın təmin edilməsi asan olmayacaq. Azər Mehtiyevə görə, sözügedən yardımların verilmə müddətinin uzadılması isə vətəndaşların hüquqlarının pozulmasıdır.