Əhalidən qazpulu istəyən müfəttişlər cəzalandırılacaq

Səs: Real audio
Xəstəxanaya yerləşdirilən rayon sakinlərinin ikisinin vəziyyəti orta ağır, qalanları isə yüngüldür Bundan sonra əhali qazpulunu əvvəllər olduğu kimi, müfəttişlərə deyil, poçt şöbələrinə ödəyəcək. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətində martın 6-da keçirilən müşavirədən sonra qurumun sədri Əlixan Məlikov bu barədə göstəriş verib. Onun sözlərinə görə, bundan sonra əhalidən qazpulu tələb edən müfəttişlər cəzalandırılacaqlar.



Hələlik bu qərar ölkənin 40 rayonunu əhatə edəcək. Bakı və yerdə qalan digər rayonlarda yaşayanlar isə, nağdsız ödənişə gələn aydan keçəcəklər.