Prezidentə 100 000 sual gəlib

ABŞ prezidenti Barak Obama internet yolu ilə vətəndaşların iqtisadiyyata dair suallarına cavab verir. Ağ Evdən verilən məlumata görə prezidentə 100 000-dən çox sual daxil olub.

Internetlə gələn suallara cavablardan sonra Obamanın Ağ Evdə 100 nəfərlik auditoriyanın da suallarına cavab verəcək. Prezident həmin görüşü internetlə izləyən vətəndaşların suallarını da cavablandıracaq.