Böhran irimiqyaslı işsizliyə səbəb ola bilər

Moskvada Əmək Yarmarkası, 24 mart 2009

Beynəlxalq Əmək Təşkilatı (BƏT) iş yerlərilə bağlı təcili Qlobal pakt imzalanmasına çağırıb. Təşkilat hesab edir ki, «uzunmüddətli və dərin» böhran məşğulluq sferasında irimiqyaslı işsizliyə və «işləyən kasıbların» sayının artmasına səbəb ola bilər.

BƏT-in baş direktoru Xuan Somaviya belə bir müraciətlə martın 24-də Cenevrədə təşkilatın icra Şurasının keçirdiyi tədbirdə çıxış edib.
Təşkilatın baş direktoru böhrana qarşı mübarizədə beynəlxalq əməkdaşlığın yetərli olmadığını bildirib.

O dünyadakı maliyyə, iqtisadi, ticari, sosial və məşğulluq sahəsindəki böhranın səbəblərinin bir-biri ilə əlaqəli olduğunu deyib. Bildirib ki, elə buna görə də böhranla mübarizəni siyasi tədbirlərlə əlaqələndirmək lazımdır.

Cənab Somaviya bununla bağlı ən vacib müraciətin «Böyük iyirmiliyin» gələn həftə Londonda keçiriləcək görüşü zamanı ərəfəsində olacağını deyib.